SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əflatun Amaşov: "Təkliflər nəzərə alınsa..."

Əflatun Amaşov: "Təkliflər nəzərə alınsa..."

Tarix:

9-04-2019, 16:01

/ 770 dəfə oxundu.
Əflatun Amaşov: "Təkliflər nəzərə alınsa..."

"Hesablama Palatasının hesabatı daha geniş və əhatəlidir. Qurumun fəaliyyəti bilavasitə maliyyə nəzarətini həyata keçirmək və aşkarlığın təmin edilməsidir. Bizim üçün daha vacib olan maliyyə nəzarətidir. Əvvəlki çıxışlarımda qeyd etmişəm ki, ölkəmizdə maliyyə şoku yaşanmamalıdır. Necə ki əvvəlki illərdə Beynəlxalq Bankla bağlı yaşanmışdı".

Bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı deputat Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri əlavə edib ki, Hesablama Palatası nöqsan və qüsurları aşkar edərək ortaya qoyur: “Eləcədə öz fəaliyyətində beynəlxalq standartlara uyğun işləyir, fəaliyyətini təkmilləşdirir”.

Amaşov xatırladıb ki, neçə illərdir Hesablama Palatasının hesabatını diqqətlə izləyir: “Hər dəfə palata nöqsanlar aşkar edir və təkliflər səsləndirir. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu təklifləri nəzərə almır. Əgər təkliflər nəzərə alınsa, növbəti hesabat dövründə bu qədər qüsurlar müəyyən olmazdı. Arzu edirəm ki, qarşıdakı illərdə qurumun hesabatlarını müsbət dəyərləndirmək üçün də əsaslar tapaq”.

Şərhlər

XƏBƏR LENTİ