SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Prezidentin Qarabağla bağlı çıxışı türk mediasında

Prezidentin Qarabağla bağlı çıxışı türk mediasında
11-07-2016, 09:40216Oxunub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər Türkiyə mediasının da gündəmini zəbt edib

 


Türkiyənin "Taymtürk" xəbər portalı Prezident İlham Əliyevin aprel döyüşləri ilə bağlı çıxışına geniş yer verib.
 
Dövlət başçısı deyib ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Son 3-4 ay ərzində tarixdə danışıqlarda görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir”.
 
İlham Əliyev qeyd edib ki, aprel ayında Ermənistanın təxribatının qarısı alınıb, 2 min hektar ərazi azad edilib.

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ