SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ATƏT-in Qarabağdakı “canişini” ilə bağlı ilginc faktlar - “Kasprşikin xidmətinə ən gözəl erməni qızları seçilib verilmişdi”

ATƏT-in Qarabağdakı “canişini” ilə bağlı ilginc faktlar - “Kasprşikin xidmətinə ən gözəl erməni qızları seçilib verilmişdi”

Tarix:

3-04-2019, 09:06

/ 1 524 dəfə oxundu.
ATƏT-in Qarabağdakı “canişini” ilə bağlı ilginc faktlar - “Kasprşikin xidmətinə ən gözəl erməni qızları seçilib verilmişdi”

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin açıq və gizli formada erməniləri himayə etməsi barədə informasiyalar getdikcə artmaqdadır.

Ötən həftələrdə Ermənistan rəhbərliyi və Qarabağ separatçıları ilə məhrəm görüşlər keçirən Kasprşik nə Azərbaycan əsgərinin Füzuli istiqamətində şəhid edilməsinə, nə də Ermənistan prezidentinin aprelin 1-dən etibarən Qarabağa gəlməsinə, hətta Talış kəndində “bura qədim erməni torpağıdır” deyərək danışıqların pozulmasına yönəlik açıq təxribatlarına reaksiya verib. Martın 29-da Vyana görüşündə iştirak edən A.Kasprşik görüş ərəfəsində Ermənistan ordusunun Qarabağda hərbi təlimlər keçirməsinin də üstündən sükutla keçmişdi. Odur ki, belə bir diplomatın Qarabağda artıq üçüncü onillikdir fəaliyyət göstərməsi qəbulolunmaz sayılır.

“Bakı ATƏT-dən Anjey Kasprşikin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi vəzifəsindən kənarlaşdırılmasını tələb etməlidir”. Bunu mətbuat konfransında hərbi ekspert Üzeyir Cəfərov bildirib. “Kasprşik uzun illərdir bu vəzifəni tutur və Azərbaycanın mövqeyini və iradlarını təfərrüatı ilə bilir, amma buna baxmayaraq, rəsmi sənədlərdə Azərbaycanın işğal edilmiş ərazilərini ”Dağlıq Qarabağ Respublikası" adlandırır" - ekspert deyib. “Biz iradlarımızı ona göndərmişik, Kasprşik Azərbaycan XİN-in ona qarşı doğru terminologiyadan istifadə etmək tələblərini bilir, buna baxmayaraq, erməni terminologiyasından istifadə etməyə davam edir”, deyə Ü.Cəfərov əlavə edib.

Ermənistanın müdafiə naziri Tonoyanın hücum addımlarına keçmək zərurəti haqqında bəyanatını şərh edən Ü.Cəfərov deyib ki, bu ölkənin rəhbərliyi maskasını çıxarıb və planlaşdırdıqlarını açıq-aşkar dilə gətirir: “Müdafiə naziri Ermənistan hökumətinin üzvü kimi, öz ölkəsinin rəhbərliyinin mövqeyini dilə gətirir, onun yeni Azərbaycan torpaqlarının işğal edilməsi zərurəti haqqında sözlərini şəxsi mövqe hesab etmək olmaz”, - deyə Cəfərov əlavə edib.

A.Kasprşikin bir sıra hallarda Bakının mərkəzində dolaşdığını görənlər də var. ATƏT-in Qarabağdakı “ömürlük canişini” daha çox Xankəndində, separatçıların lideri Bako Saakyanla görüşlərdə diqqət çəkir və qəzəb doğurur. 20 ildən çoxdur bu postu tutan ATƏT nümayəndəsi dəfələrlə Dağlıq Qarabağdakı separatçı rejimlə görüşlər keçirib, ancaq işğal zonasına o, Azərbaycan tərəfdən deyil, Ermənistan yolu ilə gəlməyə üstünlük verir. Hesab olunur ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Xankəndinə Azərbaycan tərəfdən getmək istəsə, ona şərait yaradılar və təhlükəsizliyi təmin olunar. Ancaq missiya rəhbəri nədənsə Ermənistan yolu ilə Qarabağa getməyə üstünlük verir. Digər tərəfdən, onun separatçı rejimi hətta rəsmi sənədlərdə “respublika” kimi təqdim etməsi barədə məlumatlar sərt reaksiyalara səbəb olub. Düzdür, hələlik nə rəsmi Bakı, nə də A.Kasprşik özü məsələyə reaksiya verməyib. Ancaq ekspertlərin münasibəti çox kəskindir.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında ATƏT nümayəndəsi ilə bağlı fikirləri təsdiqlədi: “Durub ən böyük problemimiz olan Qarabağ dərdinin strukturunu xırdalamağa çalışsaq, güman ki, Kasprşik məsələsi bir o qədər də böyük müşkül kimi görünməyəcək. Amma ümumilikdə əlbəttə ki, bu məsələnin də dağıdıcı rolu var. Bir halda ki, sülh prosesi yerində addımlayır, onda etiraf etməliyik, bizim zəifliyimiz həmin o xırda məsələlərə göz yummağımızdadır. Şübhəsiz, Kasprşikin verbal özbaşınalığına son qoyulmalıdır! Çünki o, bitərəf diplomat missiyasını yerinə yetirmək əvəzinə, işğalçı dövlətə dolayı dəstək verib bununla da çaşqın vəziyyət yaradır. Əslində böyük problemlər elə xırda məsələlərdən ibarətdir. Bir halda ki, Minsk Qrupunun həmsədrləri işğalçıya üstüörtülü dəstək verirlər və cənab Kasprşik də bunu leqal formada səsləndirir, deməli, bizim diplomatiya tədbir görməlidir. Özü də mütləq şəkildə!” T.Abbasov hesab edir ki, bu məqam, ümumiyyətlə, siyasi danışıqlara işgüzar ovqat gətirməkdə həlledici rol oynaya bilər: “Əslində biz dəfələrlə vasitəçilərin, Kasprşik da bu sırada olmaqla, Azərbaycana dair xaincəsinə hərəkət etmələrinin şahidi olmuşuq. Şübhəsiz, demək olar ki, qapalı görüşlərdə Azərbaycan tərəfi bununla bağlı öz etiraz və narazılığını bildirib və bildirir. Lakin etiraz səsimiz yalnız kuluarlarda qalır və onu nə rəsmi diplomatiya, nə də ictimai qüvvələr bilmir, eşitmir. Məhz buna görə rəsmi Bakı, nəhayət, gərək səsini qaldırıb açıq bəyanat verməklə münasibətini bildirsin. Bunun artıq zəruri olması şübhə doğurmur”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə bu barədə qəzetimizə danışarkən ilginc fikirlər söylədi: “Vaxtilə Anjey Kasprşikin ermənilərə işləməsi barədə mənim erməni mətbuatından gətirdiyim faktlarla təsdiqlənən yazım da olub. Adını çəkdiyiniz dəyərli Üzeyir Cəfərovla birlikdə Dağlıq Qarabağa 2001-ci ildə etdiyimiz səfər zamanı Şuşada Kasprşikə yaradılmış şəraitin ikimiz də şahidi olmuşuq. Kasprşikin xidmətinə ən gözəl erməni qızları seçilib verilmişdi. Ondan sonrakı bütün zamanlarda mən bu şəxsin bizim üçün necə təhlükəli bir şəxs olduğunu dilə gətirmişəm. Sanki Kasprşik Dağlıq Qarabağı ”Azərbaycandan qorumaq" üçün göndərilmiş adamdır. Ermənilər bu fikirdədir. Mənim 2014-cü ildə çıxan kitabımda ermənilərin Dağlıq Qarabağ və işğal olunmuş digər bölgələrimizə ermənil əhalinin məskunlaşdırılması ilə bağlı rolundan da bəhs edilib". Q.Çaxmaqlı qeyd etdi ki, ATƏT-in Faktaraşdırıcı missiyasına da bu adam təsir etməkdədir və işğal zonasındakı qeyri-qanuni məskunlaşmaya göz yuman şəxsdir: “Dediyim kimi, o, Dağlıq Qarabağın Azərbaycandan qoparılması missiyasını həyata keçirən birisidir. Rəsmi sənədlərdə separatçı rejimi ”respublika" adlandırması isə heç də təsadüfi deyil, o, ermənilərin diktəsi ilə oturub-durur. Azərbaycan bu adamı çoxdan rədd etməli idi. Amma Azərbaycanın etirazlarına baxmayaraq, ATƏT Kasprşiki illərdir ki, buradakı missiyasının rəhbəri olaraq saxlamaqdadır. Düşünürəm ki, burada ermənilərin rolu az deyil".

Bütün bunlarla bağlı A.Kasprşikin reaksiyasının necə olacağı çox maraqlıdır. Azərbaycan xalqının bədbəxtliyi üzərində öz xoşbəxt həyatını təmin edən adamın missiyasına son verib ölkəsinə dönməsi ən yaxşı seçim olardı...

Xatırladaq ki, 1997-ci ilin yanvarından bu vəzifəni tutan polşalı diplomat ötən müddətdə 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinə təyin olunub.

Şərhlər

XƏBƏR LENTİ