SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » PA rəsmisi prezidentə təşəkkür etdi - "...bundan sonra da əlimdən gələni edəcəyəm"

PA rəsmisi prezidentə təşəkkür etdi - "...bundan sonra da əlimdən gələni edəcəyəm"

Tarix:

14-03-2017, 12:21

/ 1 387 dəfə oxundu.
PA rəsmisi prezidentə təşəkkür etdi - "...bundan sonra da əlimdən gələni edəcəyəm"

“Şərəf” ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki səhifəsində yazıb:

“Əziz və hörmətli yaxınlar, dostlar, həmkarlar, tanışlar!

Azərbaycan Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmağım münasibəti ilə mənə ünvanladığınız xoş sözlərinizə, təbrik və mesajlarınıza interaktiv cavab verə bilmədiyim üçün hər birinizdən üzr istəyirəm. İş rejimim imkan vermədiyindən bunu edə bilmədim. Hesab edirəm ki, məni başa düşərsiniz.

“Şərəf” ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Ən xoş arzularla hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun”, - PA rəsmisi qeyd edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Novruz Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şərhlər

XƏBƏR LENTİ