XalqXəbər.Az

“Oqtay Əsədov kluba polis basqını haqda açıqlama verməlidir” - Partiya sədri

yüklənir...
“Oqtay Əsədov kluba polis basqını haqda açıqlama verməlidir” - Partiya sədri
11-03-2019, 18:21
yüklənir...

“Müstəqil hakimiyyət qolu olmalı Parlamentin sədri Oqtay Əsədovun ailəsinə məxsus Moskvadakı obyektdə polis "oblava" keçirib. Əlbəttə ki, ölkə rəhbərlərindən olan Oqtay müəllim rəsmi mövqe bildirməli, məlumatın həqiqət olub-olmadığı haqda açıqlama verməli, doğrudursa, obyektin alınma mənşəyini göstərməlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev yazıb. O, bildirib ki, məsələnin onun üçün maraqlı tərəfi, nəyə görə məhz indi əməliyyatın keçirilməsidir: “Əgər məlumat doğrudursa, yəqin ki, həmin biabırçı statusda olan yer, dünən fəaliyyətə başlamayıb. Elədirsə, onda nədən indi bu məlumat dövriyyəyə buraxılır?

Nəzərə alsaq ki, xəbər son günlərdə ilk belə fləş deyil, o zaman bu əməliyyatın siyasi olması net şəkildə görünür. Kreml iqtidarımıza bu üsulla aşkar təzyiq edir. Nədən? Nə istəyirlər? Əsas sual budur!”.

Qeyd edək ki, yayılan xəbərlərər görə, Moskva polisi şəhərin Bakı küçəsində, 29 ünvanında yerləşən “Kapriz” adlı sauna- striptiz klubda reyd keçirib. Qonşuların polisə klubda narkotik maddələrin satışının həyataa keçirildiyini şikayət ediblər. Həmin reyd haqda rus telekanallarında reportaj da yayımlanıb. Sosial şəbəkələrdə yayılan sənədlərdən görünür ki, bu “Kapriz” adlı striptiz klub Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşıdır. “Kapriz”in real bazar dəyəri isə 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu ilə qiymətləndirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.