SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident həmkarlarına başsağlığı verdi

Prezident həmkarlarına başsağlığı verdi

Tarix:

11-03-2019, 17:39

/ 1 377 dəfə oxundu.
Prezident həmkarlarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya başsağlığı verib.

Məktubda deyilir:

““Efiopiya hava yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

***

Bundan başqa dövlət başçısı Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə də başsağlığı verib:

““Efiopiya hava yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Şərhlər

XƏBƏR LENTİ