SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Tarix:

7-03-2019, 13:24

/ 1 196 dəfə oxundu.
Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".

***

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

Şərhlər

XƏBƏR LENTİ