SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İranın Azərbaycan qərəzi: Arxasında nə dayanır? - TƏHLİL

İranın Azərbaycan qərəzi: Arxasında nə dayanır? - TƏHLİL

Tarix:

4-03-2019, 10:22

/ 1 250 dəfə oxundu.
İranın Azərbaycan qərəzi: Arxasında nə dayanır? - TƏHLİL

Son vaxtlar İran Azərbaycana qarşı təxribatçı hərəkətləri ilə diqqət çəkir.

Ötən həftə prezident Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiası irəli sürüb.İslam inqilabının 40 illiyi ilə bağlı keçirilən tədbirdə Həsən Ruhani Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürüb. Prezident deyib:

“Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirib və bu ərazilərin İrana birləşməsini tələb edib.Biz bu gün də həmin fikirdəyik.Çünki, əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”.

Bundan əlavə, fevralın 27-də İranda rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşərək, onlarla birgə “selfie” çəkdirib.“Selfie”də əksini tapan plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” yazılıb.Bu plakatın qaldırılmasına İran hakim dairələrinin imkan tanıması kəskin reaksiyalar doğurub.

Xatırladaq ki, dəfələrlə molla rejimi Güney Azərbaycanda milli fəalların Xocalı soyqırımı ilə bağlı keçirdikləri yürüş aksiyasına müdaxilə edib, anım tədbirlərinin keçirilməsinə mane olub.Hətta bu yürüşlə bağlı xeyli sayda fəal həbs olunub.

Maraqlıdır, İranın məqsədi nədir?Molla hakimiyyətinin Azərbaycana qarşı qəzəbinin arxasında nə dayanır?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan müstəqil olandan indiyə qədər İran öz təxribatçı fəaliyyətini davam etdirir:

“Sadəcə olaraq İran hakimiyyəti vəziyyəti ağırlaşanda, ona qarşı beynəlxalq sanksiyalar güclənəndə Azərbaycana yarınmağa və onu özünə qardaş-dost hesab etməyə çalışır. Əks halda İran ötən 27 ilə yaxın müddət ərzində Ermənistanı yedirdib-içirdib, geyindirməzdi.Ermənistanın mövcudluğunun böyük hissəsi İrandan asılıdır.Hətta vəziyyət o yerə gəlib çıxıb ki, İrandan idxal olunan sementin hesabına Ermənistanda fəaliyyət göstərən sement zavodları bağlanmaq təhlükəsi ilə qarşılaşıb.Bir sözlə, İran Ermənistanın bütün sahələrində var. Ermənistanla İran arasında təbii qazın qiyməti ilə bağlı danışıqlar da davam edir.Ermənilər ümid edir ki, İran ermənilərə qazı Rusiyadan xeyli ucuz satacaq.

Məsələnin digər tərəfi İranın davamlı surətdə Ermənistan kartından Azərbaycana qarşı istifadə etməsidir.Yəni, əgər ermənilər İrana yaltaqlanırsa, deməli, analoji addımı Azərbaycan da atmalıdır.Buna görə də sanki ermənilərin yaltaqlanması ilə yarış keçirir”.

Siyasi icmalçı Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın İrana rəsmi səfərini şərh edərkən bildirib ki, istənilən dövlət və hökumət başçısının başqa bir ölkəyə səfəri protokollaşdırılır:

“Nikol Paşinyanın da İrana səfəri və ali rəhbər Əli Xameneyi ilə, eləcə də “Ararat” klubunda erməni icması ilə görüşü, o binanın tərtibatına qədər bütün məsələlər İran hakimiyyəti ilə razılaşdırılıb. Nikol Paşinyan İslam Respublikasında Azərbaycana qarşı çıxışı ilə sələflərini təkrarladı. O, Tehranda və İsfahandakı erməni icması ilə görüşdə özünü saxlaya bilməyib. Hər iki şəhərdəki “Ararat” idman-mədəniyyət salonunda divardan Azərbaycana qarşı ərazi iddiasını əks etdirən böyük bir plakat asılmışdı.Həmin plakatda ermənilər Qarabağın onlara aid olduğunu iddia edirdilər.Bu tədbirdə iştirak edənlər isə İslam Respublikasının vətəndaşı olan ermənilərdir. Həmin ərazi erməni dini azlığına mənsub olsa da, bu çıxışla bəhs etdiyimiz etnik qrupun nümayəndələri İran İslam Respublikasının xarici siyasətinin “qonşu dövlətlərin daxili işinə qarışmamaq”, “ərazi bütövlüyünün qorunması” və başqa bu kimi əsaslarına qarşı çıxıblar. Bundan başqa, rəsmi Tehran erməni icmasının özbaşınalığına yol vermək, yaxud göz yummaqla Azərbaycan Respublikası ilə ərazi bütövlüyünün toxunulmazlığına, bir dövlətin ərazisində o biri dövlətə qarşı fəaliyyət göstərilməməsinə dair imzaladığı anlaşmalara qarşı çıxıb. Deməli, “Ararat” klublarında Azərbaycanla rəsmi Tehran arasında imzalanan sənədlərə qarşı fəaliyyət var. Beynəlxalq hüquq norması pozulub.Halbuki ermənilər kimi, bəhailər də dini azlıqdır.İran Konstitusiyasında vətəndaşların hüquq bərabərliyi barədə maddə var. Ancaq dini azlıq kimi bəhailər, bir qayda olaraq, Tehran hakimiyyəti tərəfindən təzyiq və təqiblərə məruz qalırlar.Onların öz evlərində, şəxsi mülklərində keçirdikləri dini mərasim və yığıncaqların qarşısı alınır.Ancaq İslam Respublikasının vətəndaşı olan erməni icmasının nümayəndələrinin Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsinə mane olmurlar.Hətta buna hakimiyyətdən etiraz belə edilmir. Sual yaranır: o zaldakı həmin ermənilər “Məhəmməd Rza şah sağ olsun!”, “İsrailə eşq olsun!”, “Yaşasın ABŞ!” kimi şüarı söyləyə bilərmi? Əlbəttə ki, yox”.

Sədrəddin Soltan onu da vurğulayıb ki, Nikol Paşinyan İsfahanda erməni icması ilə görüşdə “Böyük Ermənistan” ideyasından da danışıb:

“Tarixi saxtalaşdıran Nikol Paşinyan “Böyük Ermənistan”ın nümayəndəsi Arşakidlər sülaləsindən danışıb. Nəzərə almaq lazımdır ki, ermənilər “Böyük Ermənistan”dan danışanda indiki İranın Qərbi Azərbaycan əyalətinə və mərkəzi Urmiya şəhərinə, Şərqi Azərbaycana və Təbrizə, Ərdəbil və başqa bölgələrə iddia edirlər. Onlar iddia edirlər ki, bu şəhərlərin hamısı “Böyük Ermənistan”ın tərkib hissəsidir.Nikol Paşinyan İsfahanda İranın ərazi bütövlüyünə qarşı da çıxış etdi.Görünür, həmin ərazilər Azərbaycanın bölgələri olduğuna görə, İrana lazım deyil.

Ya da İran Ermənistanı yeni məsələlər üçün qızışdırır.Əslində, İranın Ermənistana böyük ehtiyacı yoxdur, daha çox Ermənistanın İrana ehtiyacı var. Çünki Ermənistan elə böyük bazar deyil ki, İranın ixrac etdiyi məhsulların böyük həcmini təşkil etsin.Hətta İranla Ermənistanın nəzərdə tutduğu böyük layihələrin həyata keçməsi də mümkün deyil.Nə qədər ki, İrana qarşı sanksiyalar var, o ideyalar heç vaxt həyata keçməyəcək.Ona görə də İran Azərbaycana qarşı ikili standartdan deyil, birmənalı standartdan çıxış edir.Bu münasibət əvvəllər də belə idi, indi də belədir və bundan sonra da davam edəcək”.

Şərhlər

XƏBƏR LENTİ