SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” - Minsk qrupu bəyanat yaydı

“İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” - Minsk qrupu bəyanat yaydı

Tarix:

1-03-2019, 17:48

/ 1 121 dəfə oxundu.
“İlham Əliyev Paşinyanla görüşməyi qəbul edib” - Minsk qrupu bəyanat yaydı

“ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 20-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, fevralın 21-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər”. Bu barədə Minsk qrupunun bəyanatında bildirilir.

Qeyd olunur ki, həmsədrlər həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüblər.

“Tərəflər bu ilin yanvarında İsveç şəhərində keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində son söhbətləri barədə həmsədrləri məlumatlandırıblar. Liderlər və həmsədrlər vəziyyəti yerində müzakirə ediblər. Həmsədrlər təmas xəttindəki nisbi sakitliyi müsbət qiymətləndiriblər.

Əliyevlə Paşinyan Minsk qrupu həmsədrlərinin iştirakı ilə yaxın gələcəkdə görüş təklifini qəbul ediblər”, - deyə bəyanatda vurğulanıb.

Şərhlər

XƏBƏR LENTİ