DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Quba RPŞ-də araşdırma aparılır.