SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Almaniya nümayəndə heyətini qəbul edib

Prezident Almaniya nümayəndə heyətini qəbul edib

Tarix:

31-01-2019, 15:41

/ 788 dəfə oxundu.
Prezident Almaniya nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev yanvarın 31-də Almaniyanın federal iqtisadiyyat və energetika nazirinin müavini Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib.

İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğulayıb. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.

Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlət başçısına minnətdarlığını bildirib və Angela Merkelin salamlarını çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olundu, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.

İlham Əliyev Angela Merkelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniyanın Federal Kanslerinə çatdırmağı xahiş edib.

Şərhlər

XƏBƏR LENTİ