SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Senat ABŞ-ın Azərbaycanda yeni səfirini təsdiq edib

Senat ABŞ-ın Azərbaycanda yeni səfirini təsdiq edib

Tarix:

3-01-2019, 13:43

/ 1 432 dəfə oxundu.
Senat ABŞ-ın Azərbaycanda yeni səfirini təsdiq edib

''Azəbaycanın Qərbə inteqrasiyası enerji əməkdaşlığı çərçivəsindən çıxmalıdır''

ABŞ senatı çərşənbə günü İrli Litsenberqi Azərbaycanda səfir vəzifəsində təsdiq edib.

“Turan” agentliyinin məlumatına görə, İ.Litsenberq yaxın günlərdə Bakıya gələcək.

Bundan əvvəlki səfir Robert Sekutanın səlahiyyət müddəti 2018-ci ilin martında bitib.

İ.Litsenberq buna qədər Dövlət Departamentinin hərbi-siyasi Bürosunda baş məsləhətçi vəzifəsində çalışıb.

Oktyabr ayında senatorlar qarşısında çıxış edən İ.Litsenberq bildirib ki, Azərbaycanın Qərbə inteqrasiyası enerji əməkdaşlığı çərçivəsindən çıxmalıdır.

“Birləşmiş Ştatlar Azərbaycanla demokratik və açıq iqtisadi prinsiplərin, qanunun aliliyinin, insan hüquqları və ləyaqətinin təmin edilməsi uğrunda əməkdaşlıq etməlidir. Bu istiqamətdə islahatların aparılması Azərbaycanın marağındadır. Bunun nəticəsində uzunmüddətli stabillik təmin etmək olar”, - İ,Litsenberq deyib.

Şərhlər

XƏBƏR LENTİ