SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “15 ildə görülən işləri sadalamaq üçün azı bir ay vaxt lazımdır”

“15 ildə görülən işləri sadalamaq üçün azı bir ay vaxt lazımdır”

Tarix:

25-12-2018, 18:02

/ 1 351 dəfə oxundu.
“15 ildə görülən işləri sadalamaq üçün azı bir ay vaxt lazımdır”

“Son 15 ildə Azərbaycan dövləti sözün həqiqi mənasında tam dəyişib, yenilənib. İctimai-siyasi, iqtisadi-mənəvi inkişafın yeni bir mərhələsinə yüksəlib”.

Bunu prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər TV-də yayımlanan “Xəzər aktual” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, həm ölkənin daxilində, həm də xaricdə həyata keçirilən siyasət və onun nəticələri birbaşa Azərbaycan tarixinə həkk olunmuş salnamədir:
“Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərini xarakterizə etsək, 2003- cü ildə Azərbaycan xalqı prezident ümummili lider Heydər Əliyevin varisi kimi İlham Əliyevə səs verdi. Bilirsiniz ki, 2003-cü ildə ümummilli lider Azərbaycan xalqına çağırış etmişdi. Çağırışında qeyd etdi ki, onun başa çatdıra bilmədiyi işləri varisi İlham Əliyev başa çatdıracaq. Əgər siz ona etimad göstərsəniz, əgər siz ona Azərbaycanın taleyini etibar etsəniz, əminəm ki, o mənim başladığım lakin başa çatdıra bilmədiyim işləri başa çatdıracaq. Doğrudan da belə oldu. Sonrakı 15 il göstərdi ki, ümummilli lider yanılmayıb.

İlk növbədə, prezident İlham Əliyev doğru qərar qəbul edərək ümummilli lider Heydər Əliyevin siyasətini olduğu kimi davam etdirdi. Mövcud təbiət, cəmiyyət, o cümlədən beynəlxalq münasibətlərin uyğun inkişafına müvafiq olaraq bu siyasətə korrektələr etdi və onu Azərbaycanın müasir inkişafına uyğunlaşdırdı. İlk növbədə, inkişafın təməlində sabitlik dayanır. Prezident İlham Əliyev bazar iqtisadiyatına çətin uyğunlaşan sahələrin bütün sosial qayğılarını dövlətin üzərinə götürüb. Azərbaycanda qaçqınlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, aztəminatlı ailələr, ziyalılar, jurnalistlər, elm, mədəniyyət, incəsənət xadimlərinin təminatı ilə, həm mövcud sahənin inkişafı, həm də o sahədə çalışan insanların sosial təminatı ilə bağlı 15 ildə görülən işləri sadalamaq üçün azı 1 ay vaxt lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ