SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Müxalifətin zirvə toplantısı başladı - Fotolar

Müxalifətin zirvə toplantısı başladı - Fotolar

Tarix:

25-12-2018, 14:12

/ 1 712 dəfə oxundu.
Müxalifətin zirvə toplantısı başladı - Fotolar

Bu gün saat 12-də KXCP qərargahında müxalifət təşkilatlarının rəhbərliyinin toplantısı başlayıb

Azərbaycan Milliyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidovun təşəbbüsü ilə baş tutan toplantıda 100-ə yaxın siyasi qatılıb. Dəyirmi masada 15-ə yaxın partiyanın sədri iştirak edir. Zirvə toplantısının aparıcısı İsgəndər Həmidovdur. Müsavat və AXCP-dən başqa bütün tanınmış müxalif partiyalar toplantıda iştirak edir.

Zirvə toplantısının mövzusu "Yaranmış ictimai siyasi vəziyyət və müxalifətin yaranmış vəziyyətdən çıxış yolları"dır. Çıxışlar üçün 5 dəqiqə reqlament ayrılıb.

Söz verilən AXP sədri Pənah Hüseyn dedi ki, çıxış yolunun bu dəfə də birlik yaratmaq olduğunu düşünmür. Əvvəllər müxalifətin birlikləri olub, lakin nəticə olmayıb. Müsavat və AXCP cəlbedici deyillər və birlikdə maraqlı görünmürlər. Əsas məsələ siyasi partiyalardan kənarda olan müxalif kütləsini bir araya gətirib fəallaşdırmaq və prosesə qoşmaq olmalıdır.
Müxalifətin zirvə toplantısı başladı - Fotolar
Müxalifətin zirvə toplantısı başladı - Fotolar
Müxalifətin zirvə toplantısı başladı - Fotolar
Müxalifətin zirvə toplantısı başladı - Fotolar

Şərhlər

XƏBƏR LENTİ