SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı MÜRACİƏT

Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı MÜRACİƏT

Tarix:

20-12-2018, 20:27

/ 1 119 dəfə oxundu.
Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı MÜRACİƏT

Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik üzrə alt-Komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlanıb.

Müraciətdə Azərbaycan ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu, bəzi hallarda, hətta Aİ ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu, işğala haqq qazandırmaq məqsədi güddüyü və Aİ-nin beynəlxalq nüfuzuna zərbə vurduğu, digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda “arzuedilməz şəxs” elan edildiyi, həmçinin, hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan Aİ vətəndaşlarının həyatının da təhlükə altına düşə biləcəyi vurğulanıb.

Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Aİ tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı sorğu olunur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı öz vətəndaşlarını əvvəlcədən xəbərdar edəcək onlayn xəbərdarlığın yayılmasına çağırış edilir.

Şərhlər

XƏBƏR LENTİ