SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bu sahədə ciddi islahatlar gözlənilir - Prezident işarə etdi

Bu sahədə ciddi islahatlar gözlənilir - Prezident işarə etdi

Tarix:

19-12-2018, 12:59

/ 1 583 dəfə oxundu.
Bu sahədə ciddi islahatlar gözlənilir - Prezident işarə etdi

Dövlət başçısının Azərbaycanda səhiyyə sahəsinə xüsusi diqqət ayırdığı ötən gün bir daha müşahidə olundu və bu, çox müsbət haldır.

Bu sözləri Prezident İlham Əliyevin Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun açılış mərasimindəki nitqini şərh edən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Prezidentin sözügedən çıxışı səhiyyə sahəsində ciddi islahatların aparılacağından xəbər verir:

“Səhiyyə Azərbaycan üçün olduqca vacib sahədir və son zamanlar dövlət başçısının Azərbaycanda bu sahəyə xüsusi diqqət ayırması müsbət haldır. Bu, sözügedən istiqamətdə islahatların dərinləşəcəyinə işarədir”.

Millət vəkili Azərbaycanın əksər şəhər və rayonlarında müasir standartlara cavab verən tibb müəssisələrinin fəaliyyətini də müsbət qiymətləndirib:

“Son 15 ildə ölkədə 650-yə yaxın tibb müəssisəsi tikilib ki, bu da olduqca mühüm göstəricidir. Paralel olaraq yaxın illərdə bütün mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesinin baş çatması gözlənilir”.

F.Mustafa onu da qeyd edib ki, gələcəkdə səhiyyə sahəsində mütəxəssislər yetişməsi istiqamətində səylərin artırılacağı hədəflənir:

“Azərbaycanda tibb sahəsində müasir dövrün tələblərinə cavab verən kadr hazırlığı potensialının artırılmasına ehtiyac var. Xüsusilə də tibb təhsilinin inkişafı istiqamətində obyektiv bir yol izlənilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ