XalqXəbər.Az

Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı – Qanun pozuntuları var

yüklənir...
Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı – Qanun pozuntuları var
11-12-2018, 18:35
yüklənir...

Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başlayıb.

Bu barədə BakuPost-a Ukraynadakı mənbələrdən məlumat daxil olub.

Azərbaycan Hesablama Palatasının auditorları artıq 3 gündür ki, səfirlikdə maliyyə sənədlərini araşdırır. Azər Xudiyevin fəaliyyət dövrünü əhatə edən audit yoxlamalarının bir həftə davam edəcəyi gözlənilir. İlkin məlumata görə, yoxlama prosesi kifayət qədər gərgin keçir, Palata əməkdaşları xeyli sayda qanun pozuntuları aşkarlayıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini yayınlayacağıq.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi son dövrlər səfir Azər Xudiyev və sabiq səfir Tələt Əliyev arasında qalmaqalla gündəmə gəlib. A. Xudiyev T. Əliyevin səfir olduğu dövrdə səfirliyin binasında əsaslı təmir üçün ayrılmış 2,4 milyon dolların mənimsənildiyini, binada çatların olduğunu iddia edərək Ukrayna hüquq-mühafizə orqanlarına müraciət olunduğunu açıqlayıb. Ukrayna prokurorluq orqanlarının əməkdaşları T. Əliyevin evində axtarış aparıb. Sabiq səfir A. Xudiyevin şəxsi qərəzi səbəbindən təzyiqlərlə üzləşdiyini, səfirliyin binasındakı çatların səfirlik yaxınlığındakı yüksəkmərtəbəli binanın tikintisi ilə bağlı olduğunu bildirib, Kiyevdə mətbuat konfransı keçirib. Məsələ Azərbaycanda böyük rezonans doğurub, səfirin Ukraynanın erməni əsilli daxili işlər naziri vasitəsi ilə T. Əliyevə təzyiq göstərməsi qınanıb, məsələnin Azərbaycan hüquq-mühafizə orqanları, Hesablama Palatası tərəfindən araşdırılmalı olduğu vurğulanıb. Bundan sonra səfirlik açıqlama yayıb, T. Əliyevdən deyil, səfirlikdə sabiq səfirin dövründə əsaslı təmir aparmaq üçün pul ayırılmış şirkətdən şikayət olunduğu bildirilib. T. Əliyev üzləşdiyi təzyiqlərlə əlaqədar Azərbaycan və Ukrayna prezidentlərinə müraciət ünvanlayıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.