yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Məni təxribatçı adlandırmağını başa düşə bilmirəm” - Vahid Əhmədov

“Məni təxribatçı adlandırmağını başa düşə bilmirəm” - Vahid Əhmədov
7-12-2018, 10:45 310 dəfə baxılıb

“Maliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbərinin verdiyi fikirlərə müsbət yanaşıram. Samir Şərifovun fikrinə də münasibətim normaldır. Həmçinin, nazirlə münasibətlərimiz də normaldır”.

Bunu açıqlamasında deputat Vahid Əhmədov Maliyyə Nazirliyinin rəsmisinin onu təxribatçı adlandırmasına münasibət bildirərkən deyib.

O bildirib ki, mətbuata verdiyi müsahibədə devalvasiyanın olmamasının səbəblərini açıqlayıb: “Neftin qiyməti yüksəkdir. İdxal və ixrac əməliyyatlarında müsbət saldo var. Manatın kütləsi qorunub saxlanılır. Yəni, devalvasiya üçün heç bir əsas yoxdur. İkincisi də, devalvasiya olanda çox ciddi nəticələri olur. Biz 2015- ci ilin devalvasiyasını hələ yaddan çıxarmamışıq. Bizim banklarımız hələ də özünə gələ bilməyib. Əhali çox əziyyət çəkir. Bütün bunları və faktiki vəziyyəti nəzərə alaraq əhalini müəyyən qədər sakitləşdirməyə çalışmışam. Yəni, elə bir ciddi problem yoxdur. Devalvasiya hazırda gözlənilmir.

Onların məni təxribatçı adlandırımağını başa düşə bilmirəm. Nə varsa onu açıqlayıb deyirəm. Mən mətbuatdan heç vaxt qaçmamışam və qaçmaq da fikrim yoxdur. İndi görünür ki, fikirlərim kiminsə xoşuna gəlmir. Ona görə bu vəziyyət ola bilər. Sadəcə analiz verib prosesə qiymət vermişəm.

Orda deyildiyi kimi manatı saxlamaq bu gün Azərbaycanda müəyyən qədər əhali üçün, həm də dövlət üçün vacibdir. Sahibkarlar, istehlakçılar bundan müsbət nəticələr əldə edirlər. İxraca qalanda isə bizim ixracımız əsasən neft və qazdır. Son vaxtlar kənd təssərrüfatı məhsulları ixrac olunmağa başlayıb. Manatın dayanıqlığı mühüm amillərdən biridir. Türkiyədə, Rusiyada, İranda nə kimi hadisələrin baş verdiyini gördük. Bu, dövlət başçımızın müsbət addımlarımndan biridir ki, manatın qorunub saxlanılmasını nəzarətdə saxlayır ki, əhalimiz əziyyət çəkməsin”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ