SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Trampa başsağlığı verdi

Prezident Trampa başsağlığı verdi

Tarix:

1-12-2018, 17:37

/ 1 568 dəfə oxundu.
Prezident Trampa başsağlığı verdi

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı verib.

“Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlətimizin başçısı ABŞ-ın 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib.

Başsağlığında bildirilir: “Zati-aliləri, atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Şərhlər

XƏBƏR LENTİ