SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir - Əli Həsənov

Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir - Əli Həsənov

Tarix:

29-11-2018, 15:59

/ 1 226 dəfə oxundu.
Ermənistan rəhbərliyi işğalçı siyasətilə öz xalqını da təhdid edir - Əli Həsənov

Azərbaycan və Türkiyə arasındakı ticarət artmalı və türk xalqlarının potensialına cavab verməlidir. Bunu "Anadolu" agentliyinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov bildirib.

"Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq, nə qonşu ölkələri, nə də digər ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı rifah üçün hər dövlətlə əməkdaşlığa hazırıq", deyə o bildirib.

Həsənov bildirib ki, Ermənistan rəhbərliyi, işğalçı siyasəti və Türkiyəyə əsassız iddiaları ilə öz xalqını da təhdid edir: "Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan və Türkiyənin həyata keçirdiyi milli və beynəlxalq əhəmiyyətli layihələrə qatılmaq istəyirsə buyursun. İşğal etdiyi torpaqlardan çəkilsin, sülhün və hüququn tələblərini yerinə yetirsin. Ermənistana qarşı çıxmırıq. Biz Ermənistanı sülh və barışa dəvət edirik".

Şərhlər

XƏBƏR LENTİ