XalqXəbər.Az

Biz daha iki Ramil Səfərovu Azərbaycana qaytara bilmərik - Paşinyan

yüklənir...
Biz daha iki Ramil Səfərovu Azərbaycana qaytara bilmərik - Paşinyan
20-11-2018, 15:05
yüklənir...

"Yəni, Biz Azərbaycana daha iki Ramil Səfərovu geri qaytaraq? Bu vəziyyəti düzgün başa düşməməkdir". FaktXəbər "news.am" saytına istinadən bildirir ki, bu açıqlama ilə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan çıxış edib.

O, həmçinin Tavuş kənd sakinlərinin əsirlikdə olan Karen Kazaryanın azad olunması tələbi ilə Gürcüstana gedən magistral yolu bağlamaqlarına da etiraz edib: "Gürcüstana gedən yolun balğlanılmasını başa düşmürəm. Yəni, nəsə var ki, biz edə bilərik, etməmişik? Azərbaycan tərəfi bütün əsirlərin bütün əsirlərlə əvəz olunmasını istəyir. Yəni, Biz Azərbaycana daha iki Ramil Səfərovu geri qaytaraq? Bu vəziyyəti düzgün başa düşməməkdir".

Qeyd edək ki, ötən gün Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan kəndində yerli sakinlər Gürcüstana gedən mərkəzi yollardan birini bağlayıb. Narazı kütlə Azərbaycanda əsirlikdə saxlanılan Karen Kazaryanın azad olunması üçün mövcud hökumətin heç bir addım atmamasına etiraz edib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.