SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » BAXIN, DANIŞAN XARİCİ İŞLƏR NAZİRİMİZDİR! – Çavuşoğlu birşey başa düşdümü? (VİDEO)

BAXIN, DANIŞAN XARİCİ İŞLƏR NAZİRİMİZDİR! – Çavuşoğlu birşey başa düşdümü? (VİDEO)

Tarix:

1-11-2018, 10:41

/ 1 495 dəfə oxundu.
BAXIN, DANIŞAN XARİCİ İŞLƏR NAZİRİMİZDİR! – Çavuşoğlu birşey başa düşdümü? (VİDEO)

İki gün öncə İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib.

“AzPolitika.info”nun məlumatına görə, növbəti dəfə “yüksək perfromans” göstərən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Ancaq təəssüf ki, bu müzakirələrin səbəbi xarici işlər nazirimizin dərin analitik qabiliyyətindən irəli gələn hansısa parlaq fikirləri, təklifləri, dəyərləndirmələri deyil, ümumiyyətlə bu adamın nə dediyinin, hansı dildə danışdığının anlaşılmaz olmasıdır.

Yəqin hər kəs razılaşar ki, Azərbaycan kimi mürəkkəb regionda yerləşən, Qarabağ konflikti kimi çox çətin problemlə üz-üzə qalan, eləcə də müxtəlif beynəlxalq güclərin hədəfində olan bir ölkənin xarici işlər naziri çox yüksək səviyyəli diplomat, güclü intellekt sahibi və ən azından müəyyən xarizmaya malik bir şəxs olmalıdır. Ancaq nə qədər acı olsa da, təəssüf ki, bizim tanıdığımız Elmar Məmmədyarovun nazir olduğu 15 ilə yaxın müddətdə nəinki xarizmasının, nə səlis məntiqinin nə də adi nitq qabiliyətinin şahidi olmuşuq…

Şərhlər

XƏBƏR LENTİ