SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

Tarix:

24-10-2018, 13:39

/ 1 693 dəfə oxundu.
Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan Ermənistan parlamentinin hökumət başçılığına namizədliyin müzakirə edildiyi iclasında Qarabağ münaqişəsinin həlli ilə bağlı deputatların sualına cavab verib.

Ermənistan mətbuatına istinadla xəbər veririk ki, Nikol Paşinyanın sözlərinə görə, ölkənin heç bir lideri Qarabağ münaqişəsini xalqdan gizlin həll edə bilməz.

“Mənim xalqın müzakirəsinə verilməsinin vacibliyini hesab etdiyim variant danışıqlar prosesində hazırlansa, sözsüz ki, bu, ilk addım olacaq. Qarabağ məsələsinin gizli yolla istənilən həlli istisna edilir”, - Paşinyan deyib.

Onun sözlərinə görə, münaqişənin həlli zamanı Azərbaycan və Ermənistan xalqlarının, eləcə də, Qarabağda yaşayan sakinlərin mövqeyini nəzər almaq lazımdır.

Şərhlər

XƏBƏR LENTİ