XalqXəbər.Az

İcra başçısı qubernatorla görüşdü

yüklənir...
İcra başçısı qubernatorla görüşdü
22-10-2018, 16:30
yüklənir...

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun dəvəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda işgüzar səfərdədir.

İH-dən Xalqxeber.Az-a daxil olan xəbərə görə, A.Fərzəliyev Həştərxanda Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, abidənin yerləşdiyi park ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Daha sonra S.Morozovla baş tutan görüşdə vilayət və Respublikamız arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb. Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub.

Həmçinin görüşdə Bakıda inşa olunan Həştərxan İş Mərkəzinin tikintisi məsələsi və bundan əlavə, Həştərxan şəhərində tikintisi nəzərdə tutulan yeni Azərbaycan məhsullarının nümayişi və satışı həyata keçiriləcək Ticarət Evinin inşası müzakirə edilib.
İcra başçısı qubernatorla görüşdü
İcra başçısı qubernatorla görüşdü

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur