SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əflatun Amaşov Mətbuat Şuraları Alyansının illik toplantısında

Əflatun Amaşov Mətbuat Şuraları Alyansının illik toplantısında

Tarix:

12-10-2018, 16:55

/ 1 498 dəfə oxundu.
Əflatun Amaşov Mətbuat Şuraları Alyansının illik toplantısında

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş illik toplantısında iştirak edib.

xalqxeber.az xəbər verir ki, MŞ sədri tədbirdəki çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xüsusən də şikayətləri araşdırması təcrübəsi, eyni zamanda ölkədə söz və ifadə azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar barədə geniş məlumat verib.

Ə.Amaşov Şuraya daxil olan şikayətlərdə ifadə olunan başlıca narazılıq motivləri, qurumun çıxardığı qərarlarda əksini tapan məsələlər barədə də söz açıb. Son zamanlar Azərbaycanda internetin sürətlə inkişaf etdiyini vurğulayan MŞ sədri bu cəhətin internet media orqanlarının say tərkibinə təsirini önə çəkib. O, Şuraya daxil olan şikayətlərə də mövcud məqamın sırayət etdiyini konkret faktlarla əsaslandırıb.

Avropa Mətbuat Şuraları Alyansına üzv təşkilatların illik fəaliyyətləri barədə hesabat çıxışlarının səsləndiyi tədbirdə əsas müzakirə mövzularından biri yeni media və sosial şəbəkələr olub. Xüsusən də sosial şəbəkələrdə etik vəziyyət məsələsinə diqqət yetirilib. Ayrı-ayrı panellərdə virtual məkandakı etik tənzimləmə məsələlərinin aktuallığı vurğulanıb. Bildirilib ki, söz və ifadə azadlığının dərinləşməsi baxımından vacib olan sosial şəbəkələr eyni zamanda sui-istifadələr üçün də geniş meydan açmaqdadır. Mövcud durumun fəsadları isə istər-istəməz cəmiyyət həyatına mənfi təsirlərini göstərməkdədir. Buna görə də toplantıda qərara alınıb ki, Alyansın tərkibində üzv ölkələrdə sosial şəbəkələrdəki informasiya yayımının monitorinqini aparan, meylləri izləyən xüsusi işçi qrupu yaradılsın və qrup hər il hesabat təqdim etsin.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının toplantısı iki gün davam edib. Növbəti tədbirin gələn il Gürcüstanın paytaxtı Tiflisdə təşkili planlaşdırılıb.

Şərhlər

XƏBƏR LENTİ