SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət

"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət

Tarix:

4-10-2018, 12:56

/ 1 284 dəfə oxundu.
"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət

Bina sakinləri üzləşdikləri problemin mətbuatda ictimailəşməsini xahiş edirlər.

''Yeni Bakı'' binasının sakinlərinin müraciətini oxuculara təqdim edirik: ''Hörmətli, media nümayəndələri və əziz sakinlər !!!
Abşeron rayonunun əvvəlki icra başçısı Zakir Fərəcovun sərəncamı ilə "İlin Dörd Fəsli" MMC 2008-ci ildən etibarən Masazır qəsəbəsində 13 hektarlıq ərazidə "Yeni Bakı" adlı yaşayış kompleksi inşa etməyə başlayıb.
57 bina, 3200 yaxın mənzil və təxminən 10 minnən çox sakinin məskunlaşdığı şəhərcikdə tikinti müddəti başa çatsa da, sakinlərin müvafiq dövlət qurumlarına çoxsayli şikayətlərindən sonra mənzillərə qaz (5-ci P şəkilli bina hələ də qazlaşdırılmayıb) və Azərişıq tərəfindən sayğaclar quraşdırılsa da, sakinlərin həlli müşkülə çevrilmiş yeni problemləri baş qaldırıb. Araşdırmalarımız zamanı məlum olub ki, inşa olunan kompleksin yerləşdiyi ərazi, 13 hektarlıq kənd təsərrüfatı təyinatlı torpaqdır və Dövlət Əmlak Komitəsinə çoxsaylı müraciətlərimiz zamanı dəhşətli cavabla qarşılaşdıq.
Cavab belə oldu: "Sizin yaşadığınız Şəhərcik kənd təsərrüfatı təyinatlı torpaqdır, qeyri-qanuni tikilidir, Torpaq Məcəlləsinin 9-cu maddəsinə görə belə tikililərə KUPÇA (çıxarış) verilmir. Yalnız Nazirlər Kabineti torpağın təyinatını dəyişə bilər və bundan sonra mənzillərə kupça verilə bilər". Cavabdan da göründüyü kimi sakinlər çox mürəkkəb oyunun qurbanlarıdır. Əvvəla, sual yaranır ki, bu böyüklükdə tikintiyə sərəncam veriləndə rayon rəhbərləri bu problemi görmürdülər ? Hansı məntiqlə belə bir işə birlikdə can atıblar ?
Şəhərciyi inşa edən "İlin Dörd Fəsli" MMC isə Nazirlər Kabinetinə yaranmış problemlə bağlı müraciət etməkdə maraqlı görünmür. Çoxsaylı şikayətlərimiz belə neçə illərdir faydasız qalıb.
Yeni araşdırmalarımız zamanı Şirkətin bu məsələdən yayınmasının səbəblərini üzə çıxardıq. Belə ki, indiki halda şirkət, mənzil alqı-satqısını əlində saxlamaqla, hər mənzilin satışından 1500-2000 manat pul qazanır. Mənzillər Dövlət qeydiyyatına alınanda isə Şirkət artıq milyonlarından məhrum olur və notarial alqı-satqı edilərək rüsum dövlət büdcəsinə köçürülür.
Məlumatlardan da göründüyü kimi, hazırda sakinlərin gücü problemi daha çox ictimailəşdirib yuxarı instansiyaları və Şirkəti "lazımı sənədləri" Nazirlər Kabinetinə verməyə, torpagın təyinatını dəyişməyə vadar etməkdən keçir, başqa çıxış yolu hələ ki, görünmür.''
Məsələni diqqətdə saxlayacağıq.

GundemXeber.Az
"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət
"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət
"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət
"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət
"Yeni Bakı" sakinləri əcaib durumla üz-üzə qalıblar... - Müraciət

Şərhlər

XƏBƏR LENTİ