SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR

Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR

Tarix:

3-10-2018, 16:11

/ 1 659 dəfə oxundu.
Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR

Bu gün Bakıda Avropa Şurası tərəfindən “Gender bərabərliyi və media” mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Herneys, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Ombusdman Aparatının rəhbəri Aydın Səfixanlı, QHT və KİV nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydalarının gender bərabərliyi perspektivindən yenilənmiş versiyası barəsində geniş məlumat verilib.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Herneys çıxış edərək bildirib ki, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının yenilənmiş versiyasının gender bərabərliyi baxımından qiymətləndirilməsi 2018-ci ilin mayında Avropa Şurası tərəfindən sifariş edilib:

"Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının iki versiyasının mövcud olduğu nəzərə alınaraq hər iki versiya ekpsert rəyi üçün göndərilib. Bir versiyaya Azərbaycanda gender bərabərliyi və media azadlığı üzrə avropa Şurası (AŞ) layihəsi çərçivəsində yaradılmış İşçi Qrup tərəfindən Jurnalistlərin peşə davranışı qaydalarının yenilənmiş versiyası, digərinə isə Azərbaycanda gender bərabərliyi və media azadlığı üzrə AŞ layihəsi tərəfindən yenidən baxılıb".

Tədbirdə qeyd olunub ki, media demokratik cəmiyyətdə mühüm rol oynayır. Medianın müstəqilliyi önəmli olsa da jurnalisətlər və digər media işçiləri qadın və kişilərin obrazını qərəzsiz və stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, MŞ-nın növbəti iclasında bu məsələnin qəbul ediləcəyi nəzərdə tutulub:

“Avropa Şurası Azərbaycanda fəaliyyətə başlayan kimi həmişə jurnalistlərin peşəkarlığının artırılması söz və mətbuat azadlığlı məsələsi ilə bağlı çox saylı tədbirlər həyata keçirir. Eyni zamanda bu istiqamətdə kitablar çap olunub. Son olaraq jurnalistlər üçün 4 dərslik kitabı da çap olunub. Bu layihə çox aktual məsələdir.
Qeyd edim ki, bu əlavə kifayət qədər uğurlu əlavədir. Düşünürəm ki, məhz bu dəyişiklikdən sonra qanunvericilikdə də bu dəyişikliklərin edilməsinin vaxtı çatıb. Parlamentin növbəti iclaslarında həmin sənədlərə gender məsələsinin də əlavə edilməsi ilə bağlı təkliflə çıxış edəcəm”.

Əflatun Amaşov həmçinin İşçi qrupun Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarını yeniləyərək 3-cü prinsipinə (“Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”) konkret olaraq gender bərabərliyindən bəhs edən başlığı olmayan 3.2-ci bənd əlavə etməsindən də söz açıb:

“Daxil edilmiş yeni bənddə bildirilir ki, jurnalist gender bərabərliyi prinsipinə hörmət göstərməli, cinsi ayrı-seçkilik yaradan üslubdan uzaq durmalı, xəbərin mövzusu ilə birbaşa əlaqəsi yoxdursa, şəxsin xinsi mənsubiyyətini qabartmamalıdır. Avropa Şurasının gender bərabərliyi layihəsi Azərbaycan jurnlaistlərinin peşə davranışı qaydalarına “Ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin və gender bərabərliyinin təşviqi və müdafiəsi” adlı yeni 4-cü prinsip daxil edib. Yeni prinsipdə deyilir ki, jurnalist ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaqq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imicini təşviq etməli, gender əsaslı zorakılıq hallarını mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı pisləməli və onun neqativ nəticələrinə dair cəmiyyətdə məlumatlığı artırmalıdır. Həmçinin jurnalist mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar, imkanlar təmin olunmalıdır”.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib ki, artıq uzun müddətdir ki, Azərbaycan insan hüquqlarının müdafiəsi baxımından AŞ ilə bir sıra mühüm layihələri həyata keçirir:

“Zaman-zaman müxtəlif layihələr ilə bağlı birgə işlər görmüşük və çox dəyərli nəticələr əldə etmişik. Bu layihə də görülən işlərin məntiqi davamıdır. Layihə əsasən insan hüquqları ilə bağlıdır. Burada həm gender bərabərliyi həm də bunun mediada təmin olunması prinsipi öz əksini tapıb. Layihər çərçivəsində regionlarda görüşlər keçirmişik.
“Jurnalistlərin peşə davranış qaydaları”na edilən 4-cü prinsip dəyişikliklərinə baxdıqda bunların hamısı bu gün cəmiyyətiizdə reallıqda baş verən hadisələrdən doğduğunu deyə bilərik. 4-cü prinsip peşəkar səviyyədə 4 istiqamətdə dəyərləndirilib. Burada həmçinin mediada rəhbər vəzifələrdə də gender balansının qorunması ilə bağlı da prinsiplər var. İnanıram ki, bu davranış qaydalarının təsdiqi insan hüquqlarına daha da diqqətli ynaşılmasına da gətirib çıxaracaq”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə vurğulayıb ki, 21-ci əsrdə gender balans məsələsi dünyanın əsas mövzularından biri olaraq qalır:

“Sadəcə onu vurğulayım ki, gender təkcə mənəviyyat, mədəni məsələ deyil, həmçinin müəyyən sosial iqtisadi anlam daşıyan məsələdir. Bildiyiniz kimi BMT hər il gender məsələsi sahəsində müəyyən hesabatlar hazırlayır. Təqribi fikir bundan ibarətdir ki, gender balansı tam təmin olunarsa dünyada ümumdaxili məhsulun təxminən 5,5 trilyon dəyərində inkişaf etdirmək mümkündür. Təssüflər olsun ki, aparılan statistiklar göstərir ki, 21-ci əsrdə yaşamğımıza baxmayaraq dünyada gender bərabərliyinin təmin olunması sahəsində irəliləyişlər deyil, müəyyən qədər geriləmələr müşahidə olunur. Bu geriləməni durdurumaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir. İşçi Qrupun əldə etdiyi nəticələr onu göstərib ki, bu məsələ ilə bağlı mediada müəyyən problemlər mövcuddur”.

Bakı Dövlət Universitetinin müəllimi, İşçi qrupunun üzvü Sevinc Əliyeva da layihə barəsində danışıb:

“Ümumiyyətlə, AŞ-nın bu layihəsi bir çox aktual mövzuya həsr olunub. Təbii ki, paytaxtda işləyib, fəaliyyət göstərəndə bizə hər şey başqa cür görünür. Bunun üçün bu layihəyə görə bir sıra regionlarda olduq. Həmin regionlarda İşçi qruplarla, jurnalist və redaktorlarla, QHT üzvləri ilə görüşdük. Bir daha sübut olundu ki, regionlarda bu mövzu doğrudan da aktivdir. Məsələn, Gəncə şəhərində olarkən məlum oldu ki, bu şəhərdə çap olunan 3 qəzetin hamısının redaktoru qadındır . Lakin digər regionlarda isə bu cür hala rast gəlmədik”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə qeyd edib ki, jurnalistlərin əksəriyyəti “Gender haqqında qanun”u oxumayıb:

“Bu çox yaxşı bir qanundur. Bu məsələyə iki tərəfdən yanaşmaq istəyirəm. Jurnlaistlərin gender bərabərliyi mövzusunda araşdırmalarına rast gəlməmişəm. Bəzən gender bərabərliyini qadın və kişi arasındakı bərabərlik kimi qəbul edilir. Lakin bu mövzu çox böyük bir məfhumdur”.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

"Ölkə.Az"
Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR
Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR
Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR
Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR
Avropa Şurası Bakıda “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirib — FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ