SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azəriqaz" sakinləri çilədən çıxarıb...

"Azəriqaz" sakinləri çilədən çıxarıb...

Tarix:

2-10-2018, 12:36

/ 1 519 dəfə oxundu.
"Azəriqaz" sakinləri çilədən çıxarıb...

Redaksiyamıza müraciət edən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsinin sakinləri evlərində təbii qazın olmamasından giley edirlər. Müraciət edən sakinlər bildirir ki, 2 gündür təbii qaz üzünə həsrət qalıblar və "Azəriqaz"dan müxtəlif bəhanələr gətirirlər.

Sakinlər bildirir: "Bizim ərazidə yeni yol çəkirlər. Birinci gün dedilər ki, yol çəkərkən qəza baş verib. Amma yalan deyirlər. Yenə də problem qalıb. Qaynar xətt-ə zəng edirik, deyirlər ki, cəmi 5-6 ev qalıb, problemi həll edirlər. Amma 3-cü gündür ki, problem qalır və onların dediklərindən qat-qat artıq evdə təbii qaz yoxdur".

Sakinlər bildirir ki, artıq bununla bağlı etiraz etmək, yolu kəsmək istəyirlər: "Evində körpəsi, xəstəsi olan var. Belə işləmək olmaz axı... Hara şikayət edəcəyimizi bilmirik".

Məsələni diqqətdə saxlayacağıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ