SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Zakir Qaralova orden verdi

Prezident Zakir Qaralova orden verdi

Tarix:

28-09-2018, 16:25

/ 1 453 dəfə oxundu.
Prezident Zakir Qaralova orden verdi

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamında Baş prokuror Zakir Qaralovun da adı var.

Prezidentin sərəncamına əsasən, Baş prokuror Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Qeyd edək ki, sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

Şərhlər

XƏBƏR LENTİ