yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Putinin Qafqaz səfəri: nə dəyişəcək? - TƏHLİL

Putinin Qafqaz səfəri: nə dəyişəcək? - TƏHLİL
19-09-2018, 14:13 180 dəfə baxılıb

Qarabağ münaqişəsinin asılı vəziyyətdə olması yaxın qonşularımızı da razı sala bilməz.

Bu sözləri Axar.az-a Rusiya prezidentinin Cənubi Qafqaza gözlənilən səfəri haqda danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistanın siyasəti yalnız Azərbaycan və Türkiyə deyil, getdikcə Rusiya üçün də çox müəmmalı bir hal almaqdadır:

“Putinin regiona səfəri bölgədəki vəziyyətin müzakirəsi baxımından olduqca vacibdir. Çünki müvəqqəti sülhün nə dərəcədə təhlükəli olduğunu görməkdəyik. Ermənistanın təxribatlarının ardı-arası kəsilmir. Belə olan halda Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin dalana dirənməsi Rusiyanı da qane edə bilməz. Çünki Rusiya bir tərəfdən Minsk Qrupunun həmsədri, digər tərəfdən bölgədə vacib dövlətlərdən biri və nəhayət, yeni layihələrə böyük həvəslə qoşulan subyektdir. Sonu görünməyən münaqişələr özlüyündə yeni təhlükələr vəd edir. Ona görə də Paşinyan özünün və ölkəsinin mövqeyini yeniləməlidir”.

Politoloq qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi qondarma rejimi danışıqlar prosesinə qatmaqla siyasi prosesi iflic etmək istəyir:

“Belə bir vəziyyət Moskvanı da qane etmir, ona görə də Rusiya Ermənistandan aydın bir mövqe gözləyir. Azərbaycanın siyasəti isə son dərəcə şəffaf və praqmatikdir. Bu mənada Putinin regiona səfərindən sonra Moskva-Bakı-İrəvan üçbucağında daha şəffaf bir şəraitin yaranacağını düşünürəm”.

T.Abbasov Putinin Ermənistanda Sərkisyan və Köçəryanla görüşünü də mümkün sayıb:

“Ümumiyyətlə, xarici işlər nazirliklərinin protokol şöbələri görüş öncəsi müəyyən proqram tərtib edirlər. Serj Sərkisyan və Robert Köçəryanın müəyyən siyasi baqajları var. Bu mənada Putin və komandasının Ermənistanın ikinci və üçüncü prezidenti ilə görüşü qeyri-rəsmi tərzdə olsa da, baş tuta bilər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək. V.Putinin Bakıdan sonra İrəvana da səfəri edəcəyi bildirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ