SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm" - Prezident İlham Əliyev

"Dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm" - Prezident İlham Əliyev

Tarix:

3-09-2018, 18:40

/ 1 170 dəfə oxundu.
"Dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm" - Prezident İlham Əliyev

Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ