SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Fuad Muradov MƏNFİ REPUTASİYADA... - Dövlətin bu sahəyə ayırdığı pullar TƏHLÜKƏDƏDİR

Fuad Muradov MƏNFİ REPUTASİYADA... - Dövlətin bu sahəyə ayırdığı pullar TƏHLÜKƏDƏDİR

Tarix:

28-08-2018, 11:32

/ 1 305 dəfə oxundu.
Fuad Muradov MƏNFİ REPUTASİYADA... - Dövlətin bu sahəyə ayırdığı pullar TƏHLÜKƏDƏDİR

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri pistuna təyin olunandan sonra Fuad Muradov yalnız mənfi reputasiya yığmaqla diqqətləri cəlb edir. Bu sözlər redaksiyamıza göndərilən məqalədə yer alıb. Məqalə müəllifi iddia edir ki, Fuad Muradov hələ də deputat kürsüsü ilə hazırda tutduğu vəzifənin fərqini anlaya bilmir.

Məqalədə deyilir: "Fuad Muradov Nazim İbarhimov kimi bir fiquru əvəzləyir. Yaxşıdan-pisdən Nazim İbarhimov ciddi işlər görmüşdü. Ən azından bu sistemin qurucusudur. Doğrudur, adı daha çox çirkli maliyyə qalmaqallarında hallansa da, öz işini öhdəsindən hazırki sədrdən - Fuad Muradovda qat-qat artıq gəlirdi.

Yəni buna görə də artıq yuxarı instansiyalar Fuad Muradovla bağlı düşünməyə başlayıblar. Onu vəzifədə qalıb-qalmaması müzakirə olunur. Bunun da nəticəsidir ki, Fuad Muradovun yaxın adamları bir müddət əvvəl Diaposra Komitəsinin sədrinin MÜDAFİƏSİNƏ qalxılar. Nəyə lazım idi bu gülün piar kampaniyası? Hər halda, görünəni o idi ki, Fuad Muradovun belə bir ucuz təbliğata, müdafiəyə ehtiyacı var..."

Daha sonra göndərilən məqalədə qeyd olunur ki, Fuad Muradov hələ də bu işdə pioner olduğundan çox ciddi problemlər yaşayan diaspora siyasətində yüzə-yüz uduzacaq: "Onun bəğlubiyyəti qaçılmazdır. İlkin simptomlar artıq yetərincə təzahür edib. Fuad Muradovu "yeyəcəklər"... Bundan isə təbii ki, daha çox itirən Azərbaycan dovlətinin milli maraqları olacaq.

Fuad Muradovun naşılığı dövlətin bu sahəyə ayırdığı milyonlarının yenidən həzm edilməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, göndərilən məqalədə daha ağır ittihamlar da səsələnib. Həmin faktları müəyyən araşdırmadan sonra daha geniş formada diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...

Qarşı tərəfi də dinləməyə hazırıq...
Dia.az

Şərhlər

XƏBƏR LENTİ