SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident İlham Əliyevlə görüşdə "Qarabağ"ın yeni qapıçısını müzakirə etdi

Prezident İlham Əliyevlə görüşdə "Qarabağ"ın yeni qapıçısını müzakirə etdi

Tarix:

24-08-2018, 17:09

/ 1 272 dəfə oxundu.
Prezident İlham Əliyevlə görüşdə "Qarabağ"ın yeni qapıçısını müzakirə etdi

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İslandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.
Səfir Berqlind Asqeyrsdottir paytaxtımıza gəlişindən məmnunluğunu ifadə edib. Bildirib ki, Bakı çox füsunkar və cazibədar bir şəhərdir. Diplomat Bakının arxitekturasının onda çox dərin təəssürat yaratdığını deyib.

Daha sonra diplomat futbol üzrə İslandiya milli komandasının qapıçısı Hannes Tur Halldorssonun Azərbaycanın “Qarabağ” klubuna keçdiyini diqqətə çatdırıb. Səfir qapıçının dünya çempionatında məşhurlaşdığını qeyd edərək bildirib ki, onun “Qarabağ” komandasına keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq doğurub.
Məlumat üçün bildirək ki, ötən ay “Qarabağ” klubu İslandiya millisinin qapıçısı Hannes Tur Halldorssonu transfer edib. Danimarka, İslandiya, Hollandiya və Norveçdə karyera qurmuş təcrübəli qolkiper 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatında çıxış edib. Burda da İslandiyanın oynadığı beş oyunun hamısında çərçivəni qoruyub.

Halldorsson DÇ-2018 seçmə mərhələsi çərçivəsində doqquz oyunda meydana çıxıb və komandası DÇ-2018-in qrup mərhələsinə vəsiqə qazanıb. O, hər üç oyunda meydanda olub. Qapıçı DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilib.

Şərhlər

XƏBƏR LENTİ