SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Lavrova - Bakıdan sərt cavab

“Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Lavrova - Bakıdan sərt cavab

Tarix:

17-01-2017, 19:03

/ 2 060 dəfə oxundu.
“Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Lavrova - Bakıdan sərt cavab

Rusiya Xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına dair mətbuat-konfransı keçirib.Nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini şərh edərkən bildirib ki, bu, sadəcə Azərbaycanın daxili işi deyil:

“Dağlıq Qarabağ münaqişəsinin bir sıra həlli yolları var. İlk olaraq BMT Təhlükəsizlik Şurasında münaqişənin ən qızğın vaxtı qəbul edilən və atəşin dayandırılmasını tələb edən qərar var. Hələ də işğal olunmuş torpaqların azad olunması tələbləri qüvvəsində qalır. Lakin bu, heç bir halda güc yolu və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirmədən ola bilməz”.

Erməni nazirin bu açıqlamasına Azərbaycandan sərt reaksiya gəlib. Xarici işlər naziri Elmar Məmmədyarov müsahibəsində bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir:
“O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələridir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu çağırış deyil, BMT TŞ-nın tələbidir”.

Şərhlər

XƏBƏR LENTİ