yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əflatun Amaşov Ombudsmandan narazılıq etdi

Əflatun Amaşov Ombudsmandan narazılıq etdi
1-03-2017, 13:01 395 dəfə baxılıb

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib.

Məlumata görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsmanın 2016-cı il üzrə illik məruzəsinin müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılaraq Ombudsmanın səlahiyyətinə verilib: “Təəssüf ki, bu institut özünü doğrultmadı”.

Onun fikrincə, ötənilki məruzədə media üzrə müraciətlərin olmaması sübut edir ki, Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib: “Ombudmanımızı ən fəal, ən demokratik qurumlarımızdan biri kimi dəyərləndirdəm də, media ilə bağlı sahədən çox narazıyam”.

Komitə sədri Bahar Muradova isə bildirib ki, Media Ombudsmanı sahəsi ilə bağlı hər hansı çatışmazlıq varsa, bunun məsuliyyəti tək Ombudsmanın deyil, media tərəfinin, o cümlədən Mətbuat Şurasının da də üzərindədir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ