SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"

Tarix:

23-06-2018, 11:02

/ 1 178 dəfə oxundu.
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"

"Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir"

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: "1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, siyasi fəaliyyət azadlığı əksini tapıb. Bu, inkişafımızın üç şərtidir. Hər üç sahədə inkişafımızı xarici ekspertlər də qey edirlər. 1995-ci ildə ilk dəfə çoxpartiyalı əsasda seçkilər keçirilir. Ötən dövrdə keçirilən seçkilər də çoxpartiyalı əsasda, şəffaf keçirilib. 1995-ci ildən bu günə qədər azad media formalaşıb. Biz vətəndaş cəmiyyətinin inkişafında da hədəflərimizə çatdığımız üçün qürur hissi keçiririk".

Şərhlər

XƏBƏR LENTİ