XalqXəbər.Az

Prezidentlər qarşılıqlı əlaqələrdən razıdır

yüklənir...
Prezidentlər qarşılıqlı əlaqələrdən razıdır
13-06-2018, 16:41
yüklənir...

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Moskva və Bakı arasında iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin yüksək tempini qeyd ediblər.

Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

“Ötən il bizim ticarət dövriyyəmiz 31,4 faiz olub, bu ilin ilk rübündə isə bu rəqəm 19 faizə bərabərdir. Bu o deməkdir ki, bu artım tempini dəstəkləməliyik.

Siyasi vəziyyətə gəlincə, burada da hər şey sakitdir. Parlament üzərindən daim əlaqələr saxlanılır, ictimai təşkilatların xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə şadam”, - Putin deyib.

Əliyev Rusiya prezidentini 12 iyun Rusiya günü münasibətilə təbrik edib və futbol üzrə dünya çempionatını uğurla başa çatdırmağı arzu edib.

“Əminəm ki, çempionat uğurla keçəcək və bütün qonaqlar razı qalacaq”, - Azərbaycan prezidenti qeyd edib.

“Bizim münasibətlərə gəlincə, mən də münasibətlərimizin inkişafından məmnun olduğumu bildirmək istəyirəm. Bu gün cari gündəlikdəki məsələlərdə fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlar var”, - İ.Əliyev deyib.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.