SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır”

“Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır”

Tarix:

27-02-2017, 14:47

/ 1 623 dəfə oxundu.
“Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır”

"Son günlər ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar Ermənistanın daxilində baş verən hadisələrlə bağlıdır"

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Ermənistanın daxilində çox böyük gərginlik var:

"Ermənistan rəhbərliyi ölkə daxilində iqtisadi tənəzzüldən, mövcud problemlərdən ictimaiyyətin fikrini yayındırmaq istəyir. Onlar bu gərginliyi keçmişdə olduğu kimi, yenə cəbhə xəttinə yönəltmək istəyirlər. Bu baxımdan da hərtərəfli şəkildə təxribatlara əl atır və çalışırlar ki, bunu Azərbaycanla əsaslandırsınlar".

Deputat bildirib ki, ermənilərin bu niyyəti baş tutmayacaq: "Təbii ki, Azərbaycan Ordusu bütün bunların qarşısını alır. Milli Ordumuzun rəhbərliyi və digər rəsmi şəxslər daim hərbçilərimizin yanındadırlar. Ermənilərin heç bir təxribatı tubaştmur. Əksinə, onlar bu təxribatlarla ölkə daxilində vəziyyəti daha da gərginləşdirirlər".

Şərhlər

XƏBƏR LENTİ