SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ABŞ Bakıya yeni səfir göndərməyə hazırlaşır

ABŞ Bakıya yeni səfir göndərməyə hazırlaşır

Tarix:

8-06-2018, 16:13

/ 1 525 dəfə oxundu.
ABŞ Bakıya yeni səfir göndərməyə hazırlaşır

"ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin adı hələ açıqlanmayıb. Ümidvarıq ki, tezliklə həmin şəxsin adı bəyan ediləcək". Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill bildirib. O qeyd edib:

"Bu arada mən burada səfir səlahiyyətlərini icra edən şəxs olaraq çox səylə çalışıram ki, əməkdaşlığımız inkişaf etsin. Və bizim istidəyimiz şəkildə davam etsin.

Birləşmiş Ştatlar TANAP layihəsinin başa çatmasındam məmnundur və bu layihənin işə düşməsini dəstəkləyir. Biz Cənub Qaz Dəhlizi layihəsini lap əvvəldən dəstəkləyirdik.TANAP layihəsi sözügedən Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Keçən həftə mən Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində iştirak elədim. Orada prezident İlham Əliyev və digər ölkələrdən gəlmiş yüksək rütbəli şəxslər iştirak edirdilər. Orada İlham Əliyev çıxışı zamanı Birləşmiş Ştatların və beynəlxalq maliyyə fondlarının bu layihəyə verdiyi dəstəyi çox vacib olaraq dəyərləndirdi".

Şərhlər

XƏBƏR LENTİ