SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Evlənmək istəyən yüzlərlə şəxsdə siflis aşkarlanıb

Evlənmək istəyən yüzlərlə şəxsdə siflis aşkarlanıb

Tarix:

5-06-2018, 13:19

/ 1 573 dəfə oxundu.
Evlənmək istəyən yüzlərlə şəxsdə siflis aşkarlanıb

May ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 23 nəfərdə siflis, 14 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 15 min 651 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“428 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan 4 cütlük aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 418 min 757 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“15 min 692 nəfərdə talassemiya daşıyıcısı, 1438 nəfərdə siflis, 345 nəfərdə isə QİÇS aşkar edilib.

153 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Səkkiz cütlük evlilikdən imtina edib. Digərləri ailə həyatı qurub və 122 cütlük bizə hamiləlik müddətində müraciət ediblər. Hamilələr müayinə olunublar. 69 nəfər hamilə perinatal müayinəyə gedib. 16 uşaqda xəstəlik, 41 daşıyıcı, 12 sağlam döl aşkarlanıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Şərhlər

XƏBƏR LENTİ