yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Aleksandr Vuçiç: Özümüzü ən yaxın dostlarımızın evində hiss edirik

Aleksandr Vuçiç: Özümüzü ən yaxın dostlarımızın evində hiss edirik
21-05-2018, 16:39 507 dəfə baxılıb

Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik etmək istəyirəm.

Xalqxeber.Az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik”, - deyən Serbiya prezidentinin sözlərinə görə, o, İ. Əliyevin fəaliyyətinə xüsusilə böyük önəm verir:

“Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz.

Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik. Hesab edirəm ki, birgə görəcəyimiz işlər kifayət qədərdir.

Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, burada görə biləcəyimiz işlər çoxdur.

Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər. Məlumat vermək istərdim ki, bu il iqtisadi artımımız 4,5 faizə bərabər olub. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda üç faiz artım olub. Bu münasibətlə də Sizi səmimi qəlbdən təbrik edirəm”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ