SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Yeni nazir müavini nazirdən çox bilir

Yeni nazir müavini nazirdən çox bilir

Tarix:

17-05-2018, 10:12

/ 1 671 dəfə oxundu.
Yeni nazir müavini nazirdən çox bilir

Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə ləğv edilib.

Modern.az-ın məlumatına görə, yeni nazir müavini Ramiz Həsənov diplomatiya sahəsinə yad deyil. Gürcüstan doğumlu 57 yaşlı Ramiz Həsənov 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb.

1983-cü ildən 1990-cı ilədək SSRİ Xarici Ticarət Nazirliyində işləyib.

1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında (1992-ci ildən Komitə) əmək fəaliyyətini davam etdirib.

1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışıb.

1997-2004-cü illər ərzində Azərbaycan Respublikasının "Azərkontrakt" ASC Sədrinin 1-ci müavini vəzifəsində işləyib.

2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

2005-2018-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Modern.az xəbər verir ki, bununla da xarici işlər naziri Elmar Məmmədyarovun müavinlərinin sayı 6-ya çatıb. İndiyədək onun 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov

Beləliklə də, bu təyinatdan sonra xarici işlər naziri Elmar Məmmədyarov müavinlərin sayına görə yalnız fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan geri qalacaq. Belə ki, cənab Heydərovun hazırda 7 müavini var.

Maraqlıdır, bəs hazırda Xarici İşlər Nazirliyinin rəhbərliyindəki rəsmi şəxslərdən kim daha çox əcnəbi dil bilir. Modern.az saytı nazirliyinin rəmi məlumatları əsaslnda bunu araşdırıb.

Məlum olub ki, Elmar Məmmədyarov 3 xarici dil - ingilis, rus və Türkiyə türkcəsi dillərini bilir.

Nazir müavini Araz Əzimovun bildiyi 4 xarici dil var - ingilis, fars, rus və Türkiyə türkcəsi dilləri.

Nazir müavini Xələf Xələfov iki xarici dil bilir – alman və rus.

Digər 3 müavin Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov da hərəyə iki xarici dil bilir - ingilis, rus dilləri.

Yeni nazir müavini Ramiz Həsənova gəldikdə, o, öz nazirindən daha çox xarici dildə danışır - ingilis, rus, Türkiyə türkcəsi və gürcü dilləri.

Şərhlər

XƏBƏR LENTİ