SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "RESPUBLİKANSKİ"DƏ ÖZƏL QİYMƏTLƏR... - VİDEO

"RESPUBLİKANSKİ"DƏ ÖZƏL QİYMƏTLƏR... - VİDEO

Tarix:

23-04-2018, 10:38

/ 1 695 dəfə oxundu.
"RESPUBLİKANSKİ"DƏ ÖZƏL QİYMƏTLƏR... - VİDEO

Azərbaycan səhiyyəsi Oqtay Şirəliyev nazir təyin edildiyi tarixdən “insult keçirib”. Ölkənin tibb sahəsinin iflic olması hər gün ən yeni faktlarda öz əksini tapmaqdadır.

O.Şirəliyevin idarəçiliyi vətəndaşları öz səhiyyəsindən qoparıb ayrı-ayrı ölkələrə üz tutması ilə nəticələnib.

İndi ən yüngül xəstəliyə belə düzgün diaqnoz qoyulmadığına görə insanlar yaxın ölkələrin xəstəxanalarına qaçırlar. Bu, xəcalət çəkməli mənzərədir.
Ona görə də ABŞ Dövlət Departamenti Bakıda yaşayan vətəndaşlarına apteklərdən dərman almamağa çağırış etmişdi.
Səhiyyə Nazirliyi səhlənkarlıq edən həkimləri qoruyur, həbsinə mane olur, rüşvət hallarına göz yumur, qiymətlərə nəzarət etmir.
O.Şirəliyevin dövründə səhiyyədə rüşvətxorluq, həkim səhlənkarlığı, ölüm halları, səhv diaqnozlar, dərman bazarına keyfiyyətsiz məhsulların ayaq açması, xəstəxanaların baxımsız qalması, özəl klinikaların vətəndaşları soğan qabığı kimi soyması birə beş artıb.
Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə 5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.
Son aylarda Kürdəmir Mərkəzi Xəstəxanasından, Bakıdakı “Respublikanski”, Tovuz rayon Mərkəzi Xəstəxanasından dəfələrlə rüşvət -videoların yaymışıq. Lakin Səhiyyə Nairliyi agzına "su alıb". Dövlət xəstəxanaları isə “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar. Xususiylə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vəiyyət dözülməzdir. Xəstəxananın baş həkimi Telman İbadov respublikada toxunulmaz məmur kimi xarakterizə olunur.O, Naxcıvanında deputatdır, oglu isə Kəmaləddin Heydərovun köməkcisidir. Bəlkə ona görə nazirlik tərəfindən bu və ya digər real faktlara, materialara da göz yumulur, rüşvət videoları sükutla qarşılanır.

Təbii ki, həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmalıdır.

Bir daha cənab NAZİRİN nəzərinə catdırırıq ki, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında nə baş verir:

Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir. Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 10 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir.
Bütün bu “kriteriyalar” çərçivəsində işləyən Respublika Kliniki Xəstəxanada insanların vəziyyəti həqiqətən də klinikdir. Xəstəxanadakı real durumu isə Azerinfo.az olaraq yuxarıdakı video görüntülərlə diqqətinizə çatdırırıq.
YAXIN SAATLARDA OKTAY ŞİRƏLİYEVİN " ÖLÜM YATAGI"NA DÜŞMÜŞ SƏHİYYƏSİNDƏN GENİŞ ARAŞDIRMAMIZI OXUYA BİLƏRSİNİZ!!!

Azerinfo.az


"RESPUBLİKANSKİ"DƏ ÖZƏL QİYMƏTLƏR... - VİDEO
"RESPUBLİKANSKİ"DƏ ÖZƏL QİYMƏTLƏR... - VİDEO
"RESPUBLİKANSKİ"DƏ ÖZƏL QİYMƏTLƏR... - VİDEO

Şərhlər

XƏBƏR LENTİ