SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Mehdiyev revanşı: PA rəhbərinin məqaləsindəki sərtliyin səs-küylü - Pərdəarxası

Mehdiyev revanşı: PA rəhbərinin məqaləsindəki sərtliyin səs-küylü - Pərdəarxası

Tarix:

19-04-2018, 11:52

/ 1 436 dəfə oxundu.
Mehdiyev revanşı: PA rəhbərinin məqaləsindəki sərtliyin səs-küylü - Pərdəarxası

“Biz o məmurlarla vaxt itirə bilmərik”. Prezident Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyevin müzakirələrə səbəb olan son məqaləsində ən incə detal bu idi. PA rəhbəri seçkidən sonra dərhal siyasi arsenala çıxaraq varlığını və qüdrətini nümayiş etdirdi. Və bu məqalə o vaxta təsadüf edirdi ki, bir gün əvvəl prezident İlham Əliyev R.Mehdiyevi 80 illiyi ilə bağlı “Şöhrət” ordeni ilə təltif eləmişdi. Anaxeber.Az-ın məlumatına görə, R.Mehdiyevin siyasi qürubunu yaşadığını düşünənlərin proqnozları müvəqqəti də olsa yanlış çıxdı. Növbədənkənar seçkilərin təyinatından başlanan revanş namizədlərin mənsub olduğu regional qruplaşmaya qədər özünü göstərdi. Ən nəhayətində, PA rəhbərinin seçkidən sonra görünməsi köhnə qvardiyanın daha 7 il hakimiyyət kulislərində paralel klanla irəliləyəcəyinin damğasını vurdu.
R.Mehdiyev məqaləsi ilə mövcudluğunun nüfuzunu bəyan elədi, idarəetmədə funksionallığın əldən verilmədiyinə eyham vurdu, seçki işinin təşkilində lokomotiv olduğu isbat etdi. Hər şey ordan başladı ki, hakimiyyət daxilində prezidentliyə namizəd kimi 2-ci şəxsin olacağı barədə suallar var idi. Alternativ namizədin olmasını dəstəkləyən qüvvələr də az deyildi. Mətbuat və sosial şəbəkələr iqtidarın yeni namizədi olacağını yazırdı, ehtimallar irəli sürürdü. Amma bu söz-söhbətlərə ənənəvi qvardiya son qoydu - İlham Əliyevin namizədliyi açıqlandı. Bu revanş klanlararası rəqabətin bir təzahüri idi. R.Mehdiyevin komandası artıq siyasi ambisiyalarını diktə edə bilmişdi. Çünki seçkiyə getməklə və İ.Əliyevin namizədliyini rəsmiləşdirməklə Naxçıvan qruplaşmasına yeni nəfəs aparatı qoşulmasına müvəffəq olundu. O baxımdan qarşıdakı 7 illik hakimiyyətdə köhnə qvardiyanın resursları və mövqeləri zəifləməyə doğru getsə belə, “ot kökü üstündə” dayana biləcəyi gözlənilir.R.Mehdiyevin təltif olunması və məlum məqaləsi də saray içindəki münasibətlərin ismarıclarıydı.
Ancaq məsələnin digər aspekti PA rəhbərinin dəyişikliklər anons oldu.İdarəetmədə gözlənilən dəyişikliklər, kadr və struktur islahatları, bürokratik əngəllərin aradan qaldırılması, yerlərdə icraedici orqanların fəaliyyətinin refreş olunması barədə detallar məqalədə yer almışdı. Anaxeber.Az yazır ki, akademik məqalədə həssas bir məsələyə toxunmuşdu. PA rəhbəri yazırdı ki, idarəetmədəki dəyişikliklərə qarşı gedənləri gözləməyə vaxt olmadığını qeyd etmişdi.Sitat: “hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır”.Yəni, təyin olunan hansısa icra başçısı danışığını bilmirsə, camaatı qızışdıran hərəkət edirsə, bununla iqtidarın kadr siyasətini tapdalayır. O baxımdan diqqətli olun, heç bir xəta bağışlanmayacaq.Ardınca yazır ki, ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.R.Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.Baxın, məqalənin leytmotivi də bundan ibarətdir: konyukturaya uyğun fəaliyyət göstərən və komandanın kursuna zidd addımlar atan məmurların başı “vurulacaq”.Və bu anonsları sərt şəkildə prezident deyil, PA rəhbəri bəyan edir. Görünür ki, yaxın aylarda çox səs-küylü istefalar, hətta həbslər belə ola bilər.
Prezident onun iş prinsipi və tempinə uyğunlaşa bilməyən, korrupsiyaya uğramış məmurlarla yolları ayıracaq. Ancaq təkcə ayırmaq deyil, onların yerinə gətiriləcək kadrlar da təmiz işləməlidirlər. Artıq məmurların özbaşınalıqları həddi aşıb, xalqla hakimiyyət arasında problemlərə səbəb olur. Ona görə də aşağılarda rüşvətin ləğvi, bürokratiyanın aradan qaldırılması vacibdir. Xüsusən də prezident sosial sektorda vətəndaşları narazı salan məmurları vəzifəsindən kənarlaşdıra bilər.PA rəhbəri qeyd edir: “İdarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər”.Bu nüans bir-birini təkrarlayan qurumların ləğvi, birləşdirilməsi siyasətinin davam edəcəyinə işarədir. Bundan əlavə, aprel seçkilərindən sonra bu siyasətin təkmilləşdirilməsi regionlarda icra başçılarının bəzilərinin vəzifəsini itirməsi, bəzilərinin töhmət alması ilə müşahidə olunacaq. Yada salaq ki, bir müddət əvvəl R.Mehdiyev icra başçılarını toplayaraq onları danlamışdı...

Şərhlər

XƏBƏR LENTİ