SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyə növbədənkənar seçkilərə gedir?!

Türkiyə növbədənkənar seçkilərə gedir?!

Tarix:

18-04-2018, 10:43

/ 1 247 dəfə oxundu.
Türkiyə növbədənkənar seçkilərə gedir?!

Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə (erkən seçimə - red.) gedə bilər.

xalqxeber.az-ın xəbərinə görə, seçkilərə gedib-getməməklə bağlı qərar Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanla ittifaq ortağı olan MHP lideri Dövlət Baxçalı arasında bu gün günorta saatlarında keçiriləcək görüşdə veriləcək.

Qeyd edək ki, görüş təklifi Ərdoğandan gəlib.

Onu da vurğulamaq lazımdır ki, Baxçalı dünən MHP-nin TBMM-dəki növbəti qrup toplantısında çıxışı zamanı gözlənilmədən iqtidarı və ittifaq ortağı olan Ərdoğanı növbədənkənar prezident və parlament seçkiləri keçirməyə çağırıb.

O deyib ki, türk və Türkiyə düşmənlərinə birdəfəlik sarsıdıcı zərbə vurmaq üçün 2019-cu ilin 3 noyabr tarixində keçiriləcək seçkilər bu ilin avqustun 26-na təyin edilsin.

Şərhlər

XƏBƏR LENTİ