SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax regional 7 saylı qeydiyyat şöbəsinin əməkdaşı Yelmar Həsənovdan - ŞİKAYƏT

Yevlax regional 7 saylı qeydiyyat şöbəsinin əməkdaşı Yelmar Həsənovdan - ŞİKAYƏT

Tarix:

17-04-2018, 14:06

/ 2 614 dəfə oxundu.
Yevlax regional 7 saylı qeydiyyat şöbəsinin əməkdaşı Yelmar Həsənovdan - ŞİKAYƏT

xalqxeber.az: Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oglu tərəfindən xalqxeber.az-a şikayət məktubu daxil olmuşdur. Həmin şikayəti olduğu kimi oxucalarımıza təqdim edirik:
Mən Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oglu yazıb bildirirəm ki, Yevlax regional 7 saylı qeydiyyat imtahan texniki baxış şöbəsinin əməkdaşı Yelmar Həsənov müstəqil Azərbaycan dövlətindən, prezidentimizdən başqa hər bir şeyə xidmət göstərir. Prezidentimizin korrupsiyaya qarşı apardığı mübarizəyə məhəl qoymayaraq həmin idarəyə atasının biznes ocağı kimi baxır.
Beləki,Yelmar Həsənov 300 manat pul müqabilində sahibi ölmüş avtomobilləri rəhmətlik sahibindən vərəsəlik açılmadan etibarnamə olmadan birbaşa ölünün adından alqı - satqı edir ki, buna dair konkret sübutlarım var. Belə ki, kifayət edərki 14 mart 2018 ci il tarixdə sahibi ölmuş XAZ- 2107 markali 24 BA 555 nomreli avtomobilin sənədləri obyektiv araşdırılsın. Həmin avtomobilin yeni nömrəsi 23 Bİ 023 -dir. Bundan başqa VAZ- 2101 markalı10 FO 143 nömrəli avtomobil qanunsuz olaraq başqa şəxsin adına sənədləşdirilmişdir. Hansı ki, həmin avtomobilində sahibi dünyasını dəyişib. Xahiş edirəm texnki pasportlardakı tarixlərlə həmin avtomobillərin sahiblərinin ölüm tarixləri obyektiv araşdırılsın. Belə olanda Yevlax regional 7 sayli qeydiyyat imtahan texniki baxiş şobesinin əməkdaşi Yelmar Həsənovun cinayət əməlləri subut olunacaq.

Əlaqə telefonu; (055) 399-02-11

xalqxeber.az
Yevlax regional 7 saylı qeydiyyat şöbəsinin əməkdaşı Yelmar Həsənovdan - ŞİKAYƏT
Yevlax regional 7 saylı qeydiyyat şöbəsinin əməkdaşı Yelmar Həsənovdan - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ