SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Lal” deputat Elşad Həsənov niyə susur?

“Lal” deputat Elşad Həsənov niyə susur?

Tarix:

16-04-2018, 17:26

/ 6 270 dəfə oxundu.
“Lal” deputat Elşad Həsənov niyə susur?

Bunların içərisində fəallığı ilə seçilən, demək olar ki, hər bir vətəndaşın tanıdığı deputatlar da var. Lakin elə deputatlar var ki, onları heç təmsil etdiyi rayonun sakinləri də tanımır. Müxtəlif dönəmlərdə hazırladığımız sujetlərdə seçicilərin deputatları tanıyıb-tanımaması məsələsini qabartmışıq. Məlum olub ki, bir çox deputatları minlərlə insanın yaşadığı rayondan cəmi 5-6 seçici tanıyır. Onlar da qohum-əqrabası… Necə deyələr, bu deputatlar təkcə fəaliyyətsizliyə ilə deyil, həm də el arasında “lal deputat” statusu qazanmaqla da məşhurlaşıblar.
Məsələn, elə götürək 17 sayli Yasamal üçüncü seçki dairəsindən deputat seçilən Elşad Həsənovu… 42 yaşlı bu deputat Bakının ən əhəmiyyətli, strateji rayonlarından birinin deputatıdır. Daha doğrusu, Yasamal rayonundan deputat seçilmiş üç şəxsdən biri də Elşad Həsənovdur. Yubanmadan, Elşad Həsənovun adını internetdə axtarışa veririk və onun bir-iki xəbər saytına verdiyi alayarımçıq, bir neçə cümləlik açıqlamasından başqa heç nə tapa bilmirik. Milli Məclisdə çıxışlarının da şahidi olmamışıq. Elə seçiciləri də Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd ediblər. Yasamaldan deputat seçilən Aytən Mustafayeva, Ülvi Quliyev və Elşad Həsənovun seçiciləri bir-birinə qarışıblar. Qısası, Yasamalda heç kim hansı deputatın seçicisi olduğunu bilmir, ya da bilmək istəmir. Məsələnin başqa tərəfinə keçək!
Heç şübhəsiz ki, Elşad Həsənov müstəqil namizəd kimi deputat seçilsə də, ancaq mövcud iqtidarın kadrlarındandır və o, özbaşına şəkildə parlamentdə mandat qazanmayıb. Yəni Yeni Azərbaycan Partiyasının qeyri-rəsmi siyahısındakı deputatlardandır. Bəs Elşad Həsənov ona göstərilən etimadı, xalqın səsini layiqincə qiymətləndirə bilirmi? Bu sualın cavabını bilmk üçün danışmaq lazım deyil, onun deputat seçildiyi dairəyə baş çəkmək lazımdır. Darmadağın yollar, işsiz vətəndaşlar, social problemlərini deməyə qapı tapmayan məzlum valideynlər və s. Düzdür, deputat seçicisini işlə təmin etmək iqtidarında deyil. Lakin Elşad Həsənov seçicilərinin problemlərini rəsmi qurumların qarşısında qaldıra bilməzmi? İş ondadır ki, bunu da etmir. Biznesmen deputatlardan olan Elşad Həsənov sadəcə deputat olmaq üçün bu yola ayaq basıb, Yasamala ayaq basmasa da olar.
Ölkəmiz üçün belə bir çətin vəziyyətdə hər bir deputat oryaya mövqe qoymalıdırlar. Prezident, onun ailəsi, dövlət atributları təhqir olunur. Digər biznesmen dostları kimi Elşad Həsənov da susur. Niyə susursuz? Təhqir olunmaqdanmı qorxursunuz, Elşad müəllim!? Heç kim demir ki, çıxın, siz də kimisə söyün. Sadəcə mövqe sərgiləməyə cəsarət tapın. Axı siz də özünüzü guya cənab prezidentin komandasının üzvü hesab edirsiniz.
Qısası, uzun-uzadı danışmağa ehtiyac yoxdur. Növbəti sujetimizdə “lal” deputat Elşad Həsənovun hansı işlə məşğul olduğunu, biznes şəbəkəsi haqqında geniş material təqdim edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ