SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Aparıcılar cəzalandırılacaq - MTRŞ-dan SƏRT REAKSİYA

Aparıcılar cəzalandırılacaq - MTRŞ-dan SƏRT REAKSİYA

Tarix:

16-04-2018, 13:03

/ 2 191 dəfə oxundu.
Aparıcılar cəzalandırılacaq - MTRŞ-dan SƏRT REAKSİYA

Son vaxtlar şou göstərməkdə müğənniləri kölgədə qoyan aparıcılar sosial şəbəkələrdə müzakirə mövzusu olub. Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, Könül Yusifqızının efirdə gecə geyimində çıxması cəmiyyətdə birmənalı qarşılanmayıb.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun Yenicag.az-a açıqlamasında məsələyə münasibəti belə olub:
“Özəl TV-lər arasında rəqabət artdıqca aparıcılardan reytinq tələb olunur.
Buna görə də, onlar hansı vasitələrlə olursa-olsun efirdə qalmaqal yaradır, qeyri-nümunəvi insanları efirə çıxarır. Bütün bunlar rəqabət mühitinin fəsadlarıdır. Qaynar xəttimizə də insanlar müraciət edərək narazılıqlarını bildirir. Əgər belə vəziyyət kütləvi hal alarsa və qanun çərçivəsindən kənara çıxarsa, MTRŞ reaksiya verəcək.
Hələ ki, teleməkanda baş verənlər inzibati müdaxilə tələb etmir. Amma yayımçıların borcudur ki, ictiami rəyi nəzər alsın, həddi gözləsin. Həddi aşanlara qanun çərçivəsində reaksiya veriləcək”.

Şərhlər

XƏBƏR LENTİ