SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Latviya prezidenti azərbaycanlı həmkarını təbrik edib

Latviya prezidenti azərbaycanlı həmkarını təbrik edib

Tarix:

14-04-2018, 14:31

/ 1 598 dəfə oxundu.
Latviya prezidenti azərbaycanlı həmkarını təbrik edib

Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirəm.

Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirim”.

Şərhlər

XƏBƏR LENTİ