SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İlham Əliyevi təbrik etdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İlham Əliyevi təbrik etdi

Tarix:

13-04-2018, 16:21

/ 1 343 dəfə oxundu.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İlham Əliyevi təbrik etdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.

Təbrik müraciətində təşkilatın Baş katibi Ramil Həsənov Azərbaycan dövlət başçısına aprelin 11-də ölkədə keçirilmiş Prezident seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərini çatdırıb.
"Son seçkilərdə Prezident İlham Əliyevin inamlı qələbəsi ilə əlaqədar ən xoş arzularımı bildirmək istəyirəm: bu, onun yüksək siyasi gücünün və əla xarici siyasət yürütməkdə və ölkədə görünməmiş iqtisadi-sosial islahatların həyata keçirilməsində əməyinin təcəssümüdür", - bəyanatda deyilir.

Bununla yanaşı, türk dünyasının Prezident İlham Əliyevin türk xalqlarının inteqrasiyasını gücləndirmək və türkdilli ölkələr arasında mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirmək səylərini yüksək qiymətləndirdiyi vurğulanıb.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxildir. Hökumətlərarası təşkilatın məqsədi türkdilli ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Şərhlər

XƏBƏR LENTİ